close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Çingiz Abdullayev - 60” adlı geniş kitab sərgisi açılmışdır

07-04-2019

Aprelin 7-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatında siyasi dedektiv, kəşfiyyat dedektiv, sənədli dedektiv, macarə dedektiv romanlarıyla şöhrət qazanmış Xalq yazıçısı, “Şöhrət” ordenli Çingiz Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə “Çingiz Abdullayev - 60” adlı geniş kitab sərgisi açılmışdır.

Sərgidə ədibin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar nümayiş olunur. Sərgi Milli Kitabxananın çoxsaylı oxucularının, eyni zamanda kitabxanaya ekskursiyaya gələn Bakı şəhəri, Sabunçu rayonu 255 saylı orta məktəbin 5-ci sinif şagirdlərinin çox böyük marağına səbəb olmuşdur.

Sərgi bir həftə davam edəcəkdir.