close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Ərtoğrul Cavid-100” adlı kitab sərgisi açılıb

22-10-2019

Oktyabrın 22-də Milli Kitabxanada Cavidlər nəslinin görkəmli nümayəndəsi, musiqişünas, tədqiqatçı, Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrul Cavidin anadan olmasının 100 illiyi münasibətilə “Ərtoğrul  Cavid – 100” adlı kitab sərgisi açılıb.

Qısa ömründə zəngin irs yaradan Ərtoğrul Cavid Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafında, xalq mahnılarının toplanıb nota salınmasında misilsiz xidmətlər göstərib.

Sərgidə Ərtoğrul Cavidin əsərləri, not-musiqi əsərləri, haqqında yazılan kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.