close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Koha Avtomatlaşdırılmış Kitabxana Sisteminin tətbiqi ilə bağlı treninqlər başladılıb

26-04-2023

Aprelin 26-da Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Nazirliyin tabeliyində olan kitabxanalarda Koha Avtomatlaşdırılmış Kitabxana Sisteminin tətbiqi ilə bağlı treninqin açılışı olub.

Qeyd edilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Mərkəzləşdirilmiş Kitabxana Sistemləri yeni Avtomatlaşdırılmış İdarəetmə Sisteminə keçir. Bu prosesin həyata keçirilməsi 3 mərhələdə nəzərdə tutulur. 1 – elektron kataloqun yaradılması; 2 – elektron kitabxananın yaradılması: 3 – audiokitab bazasının yaradılması.

Bununla əlaqədar olaraq, 26-29 aprel tarixlərində M.F.Axundov adına Milli Kitabxanada Türkiyədən gələn mütəxəssislərin iştirakı ilə treninqlər kiçiriləcəkdir. Treninqlərdə Bakı, Gəncə, Qax, Ağdaş, Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları iştirak edir.

Açılış zamanı Koha Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sistemi haqqında müzakirələr olub, sistemin üstünlükləri haqqında fikirlər söylənilib. Qeyd edək ki, 4 gün boyunca davam edəcək treninqdə kitabxana əməkdaşlarına təcrübi məşğələlər və təlimlər keçirilməsi nəzərdə tutulur.

icon

Foto qalereya