close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Koha Avtomatlaşdırılmış Kitabxana Sisteminin tətbiqi ilə bağlı treninqlər başa çatıb

28-04-2023

Aprelin 28-də Milli Kitabxanada Koha Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin Mədəniyyət Nazirliyi şəbəkəsinə daxil olan kitabxanalara tətbiqi ilə əlaqədar təşkil olunan treninqlər başa çatıb.

Texniki dəstək ilə əlaqədar Türkiyədən gələn iki nəfər mütəxəssisin iştirakı ilə keçirilən treninqlərdə avtomatlaşdırma proqramının tətbiqi təcrübəsi ilə bağlı təlimlər keçirilib, Koha Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sistemi haqqında müzakirələr oub, sistemin üstünlükləri haqqında fikirlər söylənilib və təkliflər nəzərə alınıb. Treninqlər zamanı əsas kitabxana modulları mütəxəssislərin istifadəsi üçün uyğunlaşdırılıb.

Treninqlərdə Bakı, Gəncə, Qax, Ağdaş, Quba Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları iştirak edib.

Sonda mütəxəssislərin sualları cavablandırılıb və onlara uğurlar arzulanıb.

icon

Foto qalereya