close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr olunmuş “Aşıq Pəri” kitabının təqdimatı

11-11-2014

I Beynəlxalq Aşıq Festivalı çərçivəsində noyabr ayının 11-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr olunmuş “Aşıq Pəri” kitabının təqdimatı keçirilmişdir. Təqdimatı Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev açaraq tədbir iştirakçılarını salamlamış və aşıq yaradıcılığından ətraflı şəkildə danışmışdır.

Sonra söz Azərbaycan ədəbiyyatşünası, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi, professor Qəzənfər Paşayevə verilmişdir. Q, Aşıq Pəri Məclisi haqqında, Azərbaycanda aşıq məktəbləri, aşıq sənəti haqqında danışmışdır.

Çıxışcılar Açıqlar Birliyinin Katibi Musa Nəbioğlu, Cəbrayıl rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Tarıyel Abbaslı, Türkiyə Aşıqlar Birliyinin Sədri, yazıçı Aşiq Maksud Fəryadi, Çeçenistan və Azərbaycanın Milli Qəhrəmanı və respublika Vətənpərvərlər Cəmiyyətinin sədri Arif Məhərrəmov, Milli Kitabxananın əməkdaşı Fəridə Hacıyeva və b. aşıq sənətindən danışdılar.

Kitabın müəllifi Əlisahib Əroğul kitabın çap olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Sonda tədbir iştirakçıları aşıq sənətini özündə geniş əks etdirən kitab sərgisi ilə tanış oldular.