close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva – 100” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

27-04-2023

Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.

2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları “Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva – 100” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası Ana səhifə”, “Rəsmi sənədlər”, “Bioqrafiyası”,”Həyat və fəaliyyətinin əsas tarixləri”, “Ana”, “Görkəmli şəxslər Zərifə Əliyeva haqqında”, “Əsərləri”, “Haqqında”, “Zərifə xanım Əliyeva dünya kitabxanalarında”, “Z.Əliyeva surəti bədii ədəbiyyatda”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/ZE/index.html linkindən istifadə edə bilərlər.