close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Professor Ədibə Paşayeva” adlı virtual sərgi və eyniadlı kitab sərgisi istifadəçilərə təqdim olunub

18-07-2023

Bu gün böyük ziyalı, Əməkdar müəllim, professor Ədibə Paşayevanın 80 yaşı tamam olur.

Ədibə Mir Cəlal qızı Paşayeva 18 iyul 1943-cü ildə Bakı şəhərində anadan olub. 1960-65-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil alıb. Ədibə xanım ali təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə Bakı Dövlət Universitetində başlayıb. Rus ədəbiyyatı kafedrasının müəllimi, baş müəllimi, Xarici tələbələr üçün rus dili kafedrasının müdiri işləyib. 2004-cü ildən BDU-da humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olan Ə.Paşayeva 2005-ci ildən həmin kafedranın dosenti, 2017-ci ildən professorudur. Linqvodidaktika, rus ədəbiyyatı tarixini tədqiq edən Ə.Paşayeva bir çox kitab və dərsliklərin müəllifidir. Hal-hazırda BDU-nun Rus ədəbiyyatı tarixi  kafedrasının müdiri vəzifəsində çalışmaqda davam edir.

Ədibə Paşayeva “Tərəqqi” medalına, “Qabaqcıl təhsil isçisi” və “Əməkdar müəllim” fəxri adlarına layiq görülüb.

Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Professor Ədibə Paşayeva” adlı virtual sərgi və eyniadlı kitab sərgisi hazırlanıb. Virtual sərgidə fotolar, Ədibə Paşayeva haqqında kitab və məqalələr, müəllifi, tərtibçisi və redaktoru olduğu Azərbaycan və rus dillərində kitablar, eyni zamanda Mir Cəlal Paşayevə həsr olunmuş kitablar, ənənəvi sərgidə isə mövzu ilə əlaəqadar kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq http://anl.az/el/vsb/Edibe_Pasayeva_/index.htm istifadə edə bilərlər.

icon

Foto qalereya