close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Professor Nizami Xudiyev” adlı kitab sərgisi açılıb

30-03-2024

Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Nizami Manaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Azərbaycanın Şahbuz rayonunda anadan olub.

Müstəqil Azərbaycanın elmi və pedaqoji fikrinin inkişafında görkəmli ictimai xadim, elm təşkilatçısı Nizami Xudiyevin mühüm rolu var.

Ömrü boyu səmərəli axtarışlar aparan Nizami Xudiyevin elmi yaradıcılığı zəngin və çoxşaxəlidir. Onun tədqiqatları mövzu və istiqamətinə görə Azərbaycan ədəbi dil tarixi, nitq mədəniyyəti, bədii əsərlərin dili, üslubiyyat, türkoloji dilçilik problemləri ilə bağlıdır. Dünyanın bir çox ölkələrində dil qurultaylarında, konfrans, simpozium və konqreslərdə dilçiliyin aktual problemlərinə dair dərin məzmunlu məruzələrlə çıxışlar edib.

Professor Nizami Xudiyevin anadan olmasının 75 illiyi münasibətilə Milli Kitabxanada “Professor Nizami Xudiyev” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə müəllifin əsərləri, redaktor, rəyçi olduğu, ön söz yazdığı və yaradıcılığı haqqında kitablar, mətbuatda çap olunmuş elmi məqalələri nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

icon

Foto qalereya