close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada treninqlər başa çatmışdır

06-03-2020

Mart ayının 6-da Mədəniyyət Nazirliyi  və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın Treninq Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa Mərkəzi Kitabxanalarının əməkdaşları üçün  Corel Draw,  Photoshop, Pinnacle Studio, Movavi Video Suite proqramlarının tədrisi məqsədilə treninqlər başa çatmışdır.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova treninqi yekunlaşdıraraq müdavimlərə sertifikatlarını təqdim etmiş və mütəxəssislərə uğurlar arzulamışdır.

Sonda xatirə şəkli çəkilmişdir.

icon

Foto qalereya