close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq yazıçısı Elçin” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim edilib

13-05-2023

Bu gün Xalq yazıçısı, professor, ədəbiyyatşünas-alim, dramaturq, ssenarist, görkəmli ictimai-siyasi xadim Elçin İlyas oğlu Əfəndiyevin  anadan olmasının 80 illiyi tamam olur

Elçin Əfəndiyev 60-cı illərdə ədəbiyyatımıza gəlmiş və tez bir zamanda əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin hörmətini qazanmış yazıçılarımızdandır. O, Azərbaycan nəsrinin “ədəbi təəccüb” hissindən daha çox xalqımızın milli tarixi təəccübünü qoruyub saxlayan nümayəndələrdəndir.

Yubiley münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq yazıçısı Elçin” adlı elektron məlumat bazası onlayn şəkildə istifadəçilərə təqdim edilib.

Elektron  məlumat bazası “Ana səhifə”, “Rəsmi sənədlər”, “Ədəbiyyat yaradıcısı, metodoloqu və təəssübkeşi”, “Həyat və yaradıcılığının əsas tarixləri”, Görkəmli şəxslər Elçin haqqında”, “Elçinin kitab haqqında fikirləri”, “Elçinin “Ədəbi düşüncələr”indən”, “Mükafatları”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada yerləşdirilən materiallar tam mətnləri ilə təqdim olunur. 

Məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/E.Efendiyev/index.html linkindən istifadə edə bilərlər.