close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Yurdumuza bahar gəlir” adlı sərgi virtual rejimdə oxuculara təqdim olunur

17-03-2020

Koronavirus təhlükəsi ilə əlaqədar respublikada həyata keçirilən tədbirlər çərçivəsində martın 11-dən Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılıb. Kitabxananın əməkdaşları fəaliyyət göstərdikləri üçün oxuculara virtual rejimdə xidməti təmin edirlər. Bu gün Milli Kitabxananın əməkdaşları tərəfindən “Yurdumuza bahar gəlir” (http://anl.az/el/vsb/novruz/index.htm) adlı  virtual sərgi  istifadəçilərə təqdim edilmişdir. Sərgidə mövzuya dair həm şəkillər, həm də kitablar  təqdim olunur.  Nümayiş olunan hər bir kitab haqqında ətraflı məlumat verilir. Eyni zamanda  saytımızın “Elektron kataloq və elektron kitabxana” bölməsində tam elektron mətni  olan kitabların biblioqrafik təsvirindən sonra onların linkləri dəverilmişdir.
Dəyərli oxucularımız, ümid edirik ki, virtual rejimdə təqdim etdiyimiz “Yurdumuza bahar gəlir” adlı kitab sərgisi sizləri sevindirəcəkdir!