close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın kollektivi Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilmiş sərgidə iştirak etmişlər

18-12-2018

18 dekabr 2018-ci il tarixində Azərbaycan Milli Kitabxanasının kollektivi Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilmiş sərgidə iştirak etmişdir. Sərgidə Xalq rəssamının yaradıcılığının bütün dövrlərini əhatə edən həm milli, həm də dünyəvi koloriti özündə əks etdirən, rənglərin dolğun, qeyri-adi çaları ilə təsvir edilmiş, hər biri özlüyündə yeni sənət tapıntıları olan tablo, natürmort, portrеt və pеyzajları təqdim edilmişdir. Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahovun milli mеmarlıq abidələrini, görkəmli şəxsiyyətləri, incəsənət xadimlərini, sadə zəhmətkeş obrazını, fərqli və maraqlı təbiət təsvirlərini özünəməxsus tərzdə, rənglərin dili ilə xüsusi orijinallıqla təqdim etdiyi əsərləri sərgi iştirakçılarında xüsusi maraq oyatmışdır.

Sərgi ilə yaxından tanış olan Milli Kitabxananın kollektivi sonda xatirə şəkli çəkdirmişdir.