close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

19-11-2019

19 noyabr 2019-cu il tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada  görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Aytam” uşaqların mədəni maarifləndirilməsi İctimai Birliyi  və Azərbaycan Milli Kitabxanasının birgə  təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova açaraq qonaqları salamlamış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında 2016-cı il iyulun 15-də açılan “Açıq kitabxana” nın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Direktor müavini Milli Kitabxana təfərindən “Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlər haqqında danışmış, növbəti tədbirin məhz məktəblilərin iştirakı ilə keçiridiyini alqışlamış,  uşaqların Nəsimi irsinə belə maraq göstərdikləri üçün qürur hissi keçrdiyinin söyləmişdir.

Tədbirdə iştirak edənlər “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, “Azərbaycan – İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Tahirə Məmmədova, “Azərbaycan – İraq Mədəni Əlaqələr” İctimai Birliyinin Türkiyə üzrə təmsilçisi, şair, qəzetçi, heykəltaraş, Oskar mükafatçısı Mustafa Taner, şair Sabit İncə, Almaniyada yaşayan əslən türk vətəndaşı olan Yalçın Türkay, Həkəri qəzetinin baş redaktoru, şair, publisist Rauf İlyasoğlu, Nizami Gəncəvi adına Ədəbiyyat institutunun şöbə müdiri Tutu Məmmədova, Azərbaycan Dövlət Radiosunun müxbiri İlahə Aslanova, Nərimanov rayonu 45 saylı tam orta məktəbin müəlliməsi Sevil müəllimə və başqaları İmadəddin Nəsiminin zəngin yaradıcılığı haqqında danışdılar.

Nərimanov rayonu 45 saylı tam orta məktəbin şagirdləri Nəsiminin qəzəllərindən ibarət kompozisiya ilə çıxış etmişlər.

Qeyd edək ki, “Nəsimi ili” çərçivəsində 16.11.2019 tarixində Şamaxı Rəsədxanasında keçirilən tədbirdə iştirakına görə qonaqlara Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə “Aytam” uşaqların mədəni maarifləndirilməsi İctimai Birliyi tərəfindən fəxri fərman verilmişdir.

Sonda xatirə şəkli cəkdirdilər.

icon

Foto qalereya