close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın Treninq mərkəzində keçirilən “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin növbəti müdavimlərinə sertifikatlar təqdim olunmuşdur

04-11-2015

26 oktyabr - 4 noyabr tarixlərində Milli Kitabxananın Treninq mərkəzində keçirilən “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin növbəti müdavimlərinə sertifikatlar təqdim olunmuşdur.

Tədbirdə Milli Kitabxananın direktoru prof. Kərim Tahirov Milli Kitabxananın əməkdaşları, trenerləri, Ultra şirkətinin mütəxəssisi, Sumqayıt şəhər, Abşeron, Ağsu, Cəlilabad, Masallı, Göyçay, Kəlbəcər, Şuşa, Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak edirdilər.

Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olmuşlar.