03-03-2026
3 mart tarixində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru və tanınmış ictimai-siyasi xadim Aydın Mirzəzadə Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Görüş zamanı millət vəkili fondların zənginləşdirilməsinin və milli irsin qorunmasının əhəmiyyətindən danışıb. O, həmçinin Azərbaycan Milli Kitabxanasına nadir və dəyərli nəşrlər hədiyyə edərək kitab fondunun daha da zənginləşməsinə töhfə verib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov isə qonağa Milli Kitabxananın nəşrlərindən hədiyyə edib.