16-04-2026
16 aprel tarixində Milli Kitabxana tərəfindən “Azərbaycan Milli Kitabxanası: müasir istifadəçi üçün xidmətlər və imkanlar” mövzusunda vebinar təşkil edilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə tabe kitabxanaların iştirakı ilə keçirilən vebinarın məqsədi Milli Kitabxananın müasir xidmətlərini, rəqəmsal imkanlarını və istifadəçi yönümlü yeniliklərini təqdim etmək olub. Vebinarda elektron kataloq, rəqəmsal resurslar və onlayn xidmətlər haqqında məlumat verilib, istifadəçilərin informasiya əldə etmə imkanlarının genişləndirilməsi və kitabxana ilə interaktiv əlaqənin gücləndirilməsi yolları izah olunub. Həmçinin müasir informasiya mühitinin tanıdılması üzrə effektiv metodlar müzakirə edilib və iştirakçıların sualları cavablandırılıb.