close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə dövlət təltiflərinə layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun mükafatlandırma mərasimi baş tutub

17-03-2022

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Naziri Anar Kərimov dövlət tərəfindən mədəniyyət və ictimaiyyət xadimlərinə həmişə böyük diqqət və qayğının olduğunu vurğulayıb: "Bizim üçün şərəfdir ki, dövlət rəhbərliyinin təltiflərini sizə təqdim edirik. Bütün bunlar tarixi anlardır. Bu gün Azərbaycan yalnız öz torpaqlarının bütövlüyünü deyil, eyni zamanda, mədəniyyətinin, incəsənətinin bütövlüyünü yaşayır". 
Nazir həmçinin Qarabağdakı yenidənqurma işlərindəndə bəhs edib: 
"Sevinir və fəxr edirik ki, bu günləri yaşayırıq. Biz Qarabağa təkcə infrastrukturun bərpası ilə deyil, həmdə mədəniyyətimizin dirçəldilməsi ilə qayıdırıq. Azad olunan ərazilərdə Şuşada bir çox tədbirlər keçiririk. Bununla da, dünyaya göstəririk ki, Azərbaycan o torpaqlara mədəniyyət, incəsənətlə qayıdır".

icon

Foto qalereya