10-09-2025
10 sentyabr tarixində Milli Kitabxanada Azərbaycanın multikulturalizm dəyərlərinin təbliği məqsədilə “Azərbaycanda multikulturalizm” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub.
Məlumat bazası “Rəsmi sənədlər”, “Görkəmli şəxsiyyətlər multikulturalizm haqqında”, “Heydər Əliyev fenomeni və multikulturalizm”, “Nəşrlər”, “Azərbaycan Milli Kitabxanasının multikultural fəaliyyəti”, “Foto qalereya”, “Video filmlər” bölmələrindən ibarətdir.
Elektron məlumat bazasında təqdim olunan resurslar tam mətni ilə verilib. Baza ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.
https://anl.az/el/emb/Multikulturalizm/index.html
Bu gün ölkəmiz qloballaşma dövrünü yaşayan dünyada multikulturalizmin əsas ünvanlarından, məkanlarından biri kimi tanınır. Multikulturalizmin, dini və milli tolerantlığın özünəməxsus Azərbaycan modelinin mövcudluğu reallıqdır və qətiyyən təkzibedilməzdir. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin nəticəsi olaraq formalaşmış və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən bu model alternativsiz nümunə kimi təbliğ edilir, regionda və dünyada sülhün, əmin-amanlığın, bununla da etnik, dini və mədəni multikoloritin qorunmasına xidmət göstərir.