close
icon E-kataloq və kitabxana

“Müslüm Maqomayev - 80”

25-10-2022

Oktyabrın 25-də əfsanəvi müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə “Əziz Müslüm” adlı yubiley gecəsi keçirilmişdir.

Azəbaycan Milli Kitabxanası tərəfindən Heydər Əliyev Sarayının foyesində  ölməz sənətkarın həyat və yaradıcılığından bəhs edən “Müslüm Maqomayev – 80” adlı kitab sərgisi və sənətkarın bəslədiyi mahnılar, o cümlədən ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biri, Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan “Azərbaycan” mahnısının notu da nümayiş olunmuşdur.

Yubiley konsertindən öncə qonaqlar sərgi ilə tanış olmuşlar. Sərgi qonaqlar tərəfindən maraqla qarşılanmışdır.