close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Nəcibə Məlikova – 100” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

25-10-2021

Oktyabrın 25-də milli kinomuzun və teatr sənətimizin inkişafında müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 100 illik yubileyi tamam olur.

Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində və bir qədər də komediyalarda müxtəlif rollar oynamışdır. Nəcibə xanım teatrla yanaşı kinoda da uğurlu rollar yaratmış, onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilir.

Xalq artistinin 100 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Nəcibə Məlikova – 100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə görkəmli aktrisanın həyat və yaradıcılığı haqqında kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Necibe_Melikova_100/index.htm linkindən istifadə edə bilərlər.