close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Nəriman Həsənzadə” adlı Elektron məlumat bazası virtual rejimdə istifadəçilərə təqdim edilib

18-02-2021

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 90 illik yubileyi tamam olur. O, müasir Azərbaycan ədəbiyyatının korifey sənətkarlarından biridir və təkcə yaşına görə deyil, həm də sənətinin böyüklüyünə, bənzərsizliyinə görə seçilir. Görkəmli söz ustasının yaradıcılığını səciyyələndirən əsas cəhət əsərlərində insanpərvərlik, gözəllik, Vətənə və dünyaya məhəbbətlə dolu həyat fəlsəfəsinin təcəssümüdür. Şairin şeirləri də özü kimi sadə və səmimidir.

Bu münasibətlə, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Nəriman Həsənzadə” adlı Elektron məlumat bazası virtual rejimdə istifadəçilərə təqdim olunub. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Görkəmli şəxslər Nəriman Həsənzadə haqqında”, “Şairin söylədikləri...”, “Şairin əsərləri”, “Şairə ithaf olunmuş əsərlər”, “Tamaşaya qoyulmuş əsərləri”, “Şeirlərinə bəstələnmiş musiqilər” və “Fotoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/N.Hesenzade/index.html linkindən istifadə edə bilərlər.