close
icon E-kataloq və kitabxana

Qazaxıstanlı qonaqlar Azərbaycan Milli Kitabxanasında olublar

02-06-2022

Qazaxıstanın Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşları  filologiya üzrə fəlsəfə doktorları Gülmira Səulembek və Ainur Ahmetova Azərbaycan Milli Kitabxanasında olublar.

Qonaqlar Milli Kitabxananın binası ilə tanış olaraq iş prosesini izləyiblər. Onlara elmi fəaliyyətlərində Azəbaycan ədəbiyyatlarından istifadə etmək məqsədilə Milli Kitabxananın elektron kataloqundan istifadə haqqında  ətraflı məlumat verilib. Həmçinin, qonaqlar Milli Kitabxananın fondunda yerləşən Qazax ədəbiyyatı ilə tanış olublar.

Kitabxananın “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində olarkən muzeydə qorunan qədim, unikal və miniatür kitablarla tanışlıq, xüsusən Qazax xalq qəhrəmanlıq dastanı olan, nəfis tərtibatlı “Казактын батырлык жырлары (2011)” adlı nəşr onlarda böyük maraq hissi oyatmışdır.

Beynəlxalq əməkdaşlıq zalının “Qazaxıstan” guşəsində sərgilənən kitablar və zaldakı kompyuterlər vasitəsilə Qazaxıstan Milli Kitabxanasının elektron kataloquna birbaşa daxil olmaq imkanları onlarda böyük təəssüratlar yaradıb.

Sonda Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanası: fotoalbom” kitabını və “Azərbaycanda yaşayan xalqların ənənəvi musiqisi” adlı CD disk albomunu qonaqlara bağışlayıb. 

Qonaqlar bir daha Milli Kitabxanaya gəlmək arzularını bildiriblər.

 

icon

Foto qalereya