25-11-2025
25 noyabr tarixində Qazaxıstan Respublikasının yazıçısı Cumart Karabayev Azərbaycan Milli Kitabxanasının qonağı olub. Qonağı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qəbul edib.
Görüş zamanı Cumart Karabayev müəllifi olduğu “Благодатные мысли” və “Занимательные истории, памятные встречи, переписка” adlı kitablarını Azərbaycan Milli Kitabxanasının fonduna hədiyyə edib.
Professor Kərim Tahirov dəyərli hədiyyəyə görə qonağa təşəkkürünü bildirib.