25-10-2026
25 oktyabr 2026-cı il tarixində Milli KitabxanadaVətən müharibəsində böyük qalibiyyətin qazanıldığı gün münasibətilə “25 oktyabr – Qubadlı şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur.
Sərgilərdə Qubadlı şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/25_oktyabr_Qubadli/index.htmlinkindən istifadə edə bilərlər.
1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilib. 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunub.
İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib.
2020-ci il oktyabr ayının 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndinin və Qubadlı şəhərinin işğaldan azad edildiyini bildirmiş, Müzəffər Azərbaycan Ordusu üçrəngli bayrağımızı həmin ərazilərdə qürurla dalğalandırıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2020-ci il noyabr ayının 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu bu medal ilə təltif olunub.
Rayon işğaldan azad olunduqdan sonra ərazinin minalardan təmizlənmə əməliyyatlarına başlanılmaqla bərpa və yenidənqurma işlərinə başlanılmış, Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılmış, 2021-ci ildə Xudafərin-Qubadlı-Laçın avtomobil yolundan Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun tikintisinə başlanılmış, 2023-cü il sentyabr ayının 5-də “Yeni Qubadlı-Laçın avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalanıb.
Qələbədən sonra başlayan bərpa və quruculuq işləri isə Cənab Prezidentin gələcəyə hesablanmış, "Böyük Qayıdış" konsepsiyasının tərkib hissəsidir.