close
icon E-kataloq və kitabxana

“Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Milli Kitabxanada olub

11-02-2021

           11 fevral tarixində “Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Milli Kitabxanada olub.

            Professor Kərim Tahirov qonağa Milli Kitabxana haqqında məlumat verərək, yeni layihələrdən, kitabxananın beynəlxalq əlaqələrindən söz açıb, o cümlədən Rusiya kitabxanaları ilə informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

            VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Milli Kitabxanada açılışı keçirilən Beynəlxalq əməkdaşlıq zalı barədə danışan Kərim Tahirov qeyd edib ki, 14 ölkənin ədəbiyyatına dair daimi guşədə Rus ədəbiyyatına da xüsusi yer ayrılıb.

“Rossotrudniçestvo” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov  Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edərək, gələcək əməkdaşlıq barədə fikirlərini bildirib. Vurğulayıb ki, iki ölkə arasında mədəniyyət, o cümlədən kitabxana işi sahəsində əməkdaşlığı inkişaf etdirmək, birgə layihə və tədbirlər keçirmək əsas məqsədlərdən biridir.

            Milli Kitabxananın direktoru Kərim Tahirov qonağa “Milli Kitabxana. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində), “Qədim qalanın yuxuları” (Azərbaycan və rus dillərində) kitablarını hədiyyə edib.

            Qonaq Milli Kitabxanada olduğundan məmnun olduğunu bildirib və görüşün sonunda xatirə şəkili çəkilib.

icon

Foto qalereya