09-01-2026
Ölkə Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixində imzaladığı sərəncama əsasən 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.
Bu sərəncam Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədini ehtifa edir.
9 yanvar 2026-ci il tarixində Milli Kitabxanada şəhərsalma və memarlıq sahəsində milli dəyərlərin qorunması, müasir yanaşmaların tətbiqi və davamlı inkişafın təbliğı məqsədilə “Şəhərsalma və Memarlıq İli” başlıqlı daimi kitab guşəsi və virtual sərgi istifadəçilərə təqdim olunub.
Sərgilərdə rəsmi sənədlər, qədim dövrdən başlayaraq bu günlərədək Azərbaycan memarlığının inkişaf yolu, şəhərsalma mədəniyyəti, Azərbaycan şəhərləri, respublika ərazisində mövcud olan çoxsaylı memarlıq abidələri, xalq yaşayış nümunələrinin özünəməxsus forma və planı, tikinti və mühəndislik texnikası, zəngin bəzək tərtibatı ilə milli memarlıq mədəniyyətimizin dəyərləri, Azərbaycan milli memarlığında işlənən elementlər, görkəmli Azərbaycan memarları və onların yaratdıqları abidələr, işğaldan azad edilmiş şəhərdə həyata keçirilən quruculuq və bərpa prosesləri və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr sərgilənir.
Ənənəvi sərgi ilboyu mütəmadi yenilənərək davam edəcək.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Sehersalma_ve_memarliq_ili/index.htm linkindən istifadə edə bilərlər.