close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Şərq qapısı qəzeti” – 105” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

07-11-2026

7 noyabr 2026-cı il tarixində Milli Kitabxanada“Şərq qapısı qəzeti” – 105” adlı ənənəvi kitab sərgisiistifadəçilərə təqdim olunub.

Sərgidə “Şərq qapısı” qəzeti Naxçıvanın ictimai-siyasi həyatındakı rolu, tarixi, ədəbiyyatlar, milli mətbuat və jurnalistika haqqında, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur. 

Azərbaycan mətbuatının 105 illik salnaməsində xüsusi yeri olan “Şərq qapısı” qəzeti zəngin bir irsə malikdir.

Azərbaycan mətbuat tarixində öz fasiləsiz nəşri, Azərbaycan Sovet Mətbuatının və müstəqil Azərbaycanın ilk müstəqil qəzeti olan və 1921-ci ildən Naxçıvanda fəaliyyətə başlayan “Şərq qapısı” qəzeti olub.

Qəzet ilk dəfə "Cavanlar həyatı" adı ilə oxucuların görüşünə gəlib. Həmin il dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək "Füqəra səsi", 1922-ci ilin aprelindən 1980-ci ilin yanvarınadək "Şərq qapısı", 1980-ci ildə "Sovet Naxçıvanı" adlandırılmış, rus dilində "Sovetskaya Naxiçevan" adlı dubilkatı ilə birlikdə buraxılıb.

"Şərq qapısı" 1930-cu ilədək ərəb, 1930–1940-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunub. Həmin dövrdən indiyədək latın qrafikalı əlifba ilə nəşr edilir. 1989-cu ildən qəzet fəaliyyətini "Şərq qapısı" adı ilə davam etdirir.

Qəzetin təşəkkülünə, onun üçün jurnalist kadrların hazırlanmasına xalq yazıçıları Mirzə İbrahimov və Əli Vəliyev səy göstərib. Əli Vəliyev 1933–1934-cü illərdə qəzetin redaktoru olub.

"Şərq qapısı" nəşrə başlayandan Naxçıvan MR-in ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatının güzgüsü olmuş, onun tərəqqi və yüksəlişində fəal və mühüm rol oynayıb. 

Müstəqillik dövründə “Şərq qapısı” qəzetinin ilk yubileyi 1996-cı ilin dekabr ayında keçirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Şərq qapısı” qəzetinin onun həyatında oynadığı rolu qiymətləndirərək, hətta Azərbaycan Respublikasının Prezidenti işlədiyi dövrdə onun 75 illik yubileyini unutmamış, ölkə rəhbəri kimi qəzet redaksiyasına təbrik məktubu ünvanlanıb.

Ümummilli lider Heydər Əliyevin “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” 27 mart 2000-ci il tarixli fərmanını rəhbər tutaraq Muxtar Respublika Ali Məclisi Sədri “Naxçıvan Muxtar respublikasının Dövlət Mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” (29 mart 2000-ci il) sərəncam verib. 

Prezident İlham Əliyevin 2025-ci il 25 aprel tarixli “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bütün KİV kimi, 104 yaşını tamamlayan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi mətbuat orqanı “Şərq qapısı” üçün də böyük dövlət qayğısı, diqqəti kimi dəyərləndirilir.

Bu gün də cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində, muxtar respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatının işıqlandırılmasında, milli-mənəvi dəyərlərin qorunmasında, günümüzün quruculuq və inkişaf salnaməsinin yazılıb gələcək nəsillərə çatdırılmasında “Şərq qapısı” qəzetinin üzərinə mühüm vəzifələr düşür.” 

Qloballaşan dünyamızda, texnologya əsrinin təlblərindən bri olan internet artıq informasiyanın sərhədsiz yayılması və təbliğində böyük rol oynayır. 

Müstəqil dövlət quruculuğu, dövlətçilik, vətənpərvərlik, insanları maarifləndirmə kimi nəcib təşəbbüslərə xidmət edən “Şərq qapısı” qəzeti bundan sonra da öz inkişafının daha böyük zirvələrini fəth edəcəkdir.

 

icon

Foto qalereya