03-11-2026
Azərbaycanın tanınmış dövlət və siyasi xadimi, publisist Telman Orucov müəllifi olduğu – “Böyük qələbə və milli intibah”, “Şekspir dünyası”, “Din və məhəbbət”, “Çin və Yaponiya tarixindən səhifələr”, “Acı taleli qız. Dul qadının tənhalığı” adlı kitabları M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fonduna hədiyyə edib. Hədiyyə olunan nəşrlər Milli Kitabxananın fonduna daxil edilərək tədqiqatçıların, tələbələrin və geniş oxucu kütləsinin istifadəsinə təqdim olunacaq.