close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Teymur Kərimli -70” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

03-10-2023

Tanınmış ədəbiyyatşünas, mətnşünas, şərqşünas, şair və tərcüməçi,  akademik Teymur Kərimli Azərbaycan ədəbiyyatşünaslığının öz dəsti-xətti ilə seçilən, özünəməxsus yeri olan görkəmli simalarından biridir. Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 oktyabr 2023-cü il Sərəncamına əsasən Teymur Kərimli “Şöhrət” ordeni ilə təltif edilib.

Teymur Kərimli klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısıdır. Milli Kitabxanada Klassik ədəbiyyatımızın yorulmaz tədqiqatçısı akademik Teymur Kərimlinin elmi fəaliyyətini əhatə edən ənənəvi kitab sərgisi təşkil edilib.

Sərgidə akademikin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı, müəllifi olduğu, redaktoru, elmi məsləhətçisi və ön söz yazdığı kitablar, tərcümə etdiyi və onun haqqında yazılan əsərlər öz əksini tapmışdır.

Sərgi 1 həftə müddətində davam edəcək.

icon

Foto qalereya