close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim etdi

17-05-2020

Bu il görkəmli yazıçı-dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi xadim, teatr xadimi, publisist, tənqidçi, Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi qeyd edilir.
Təqdim olunan daycestdə görkəmli dramaturqun həyatı, ədəbi-ictimai, pedaqoji və diplomatik fəaliyyətindən bəhs edən, 2010-2020-ci illərdə ölkə ərazisində müxtəlif dövri nəşrlərdə dərc edilən məqalələr araşdırılmış və seçmə yolu ilə diqqətə çatdırılmışdır. Daycestin hazırlanmasında əsas məqsəd görkəmli ədibin həyatı, ictimai-siyasi, pedaqoji fəaliyyəti, bizlərə miras qoyduğu əvəzsiz irsindən bəhs edən məqalələrlə geniş oxucu kütləsini tanış etməkdir.
Daycestdə məqalələr “Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı”, “Əbdürrəhim bəy Haqverdiyevin ədəbi-ictimai və pedaqoji fəaliyyəti”, “Əbdürrəhim bəy Haqverdiyevin diplomatik fəaliyyəti”, “Əbdürrəhim bəy Haqverdiyev irsinin tədqiqi” və “Əbdürrəhim bəy Haqverdiyevin əsərləri teatr səhnələrində” adlı bölmələrdə toplanmışdır. Hər bir bölmədə məqalələr illər üzrə, daxildə isə əlifba düzülüşü ilə verilmişdir. Daycestlə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər. 
http://anl.az/down/DAYCEST.pdf