close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Əməkdar elm xadimi, professor Xəlil Yusifli” adlı sərgini virtual rejimdə təqdim etdi

17-07-2020

Bu gün Əməkdar elm xadimi, professor, nizamişünas alim Xəlil Yusiflinin 85 illik yubileyidir.  Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən alimin həyat və fəaliyyətinə dair hazırlanan “Əməkdar elm xadimi, professor Xəlil Yusifli” adlı sərgi virtual rejimdə  təqdim olunmuşdur. Virtual sərgidə alimin fəaliyyəti ilə bağlı rəsmi sənədlər, fotolar, elmi məqalələri, monoqrafiya, dərslik, tərtib, tərcümə və  redaktoru olduğu  kitablar təqdim olunur.                                  
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xelil_Yusifli/index.html  linkindən istifadə edə bilərlər.