close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz” adlı virtual sərgi təqdim olundu

21-07-2020

İyul ayının 22-i yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun doğum günüdür. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən yazıçının yaradıcılığına dair hazırlanan “Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz” adlı sərgi virtual rejimdə  təqdim olunmuşdur. Sərgidə yazıçının fəaliyyətinə dair rəsmi sənədlər, fotolar,  azərbaycan, türk, ingilis dillərində nəşr olunan  kitabları, həmçinin məsləhətçi, müəllifi olduğu, haqqında yazılan kitab və məqalələr təqdim olunur. Virtual sərgi ilə  tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Yunus_Oguz/index.html linkindən istifadə edə bilərlər.