close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Tovuz döyüşləri – Zəfərə gedən yol” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

12-07-2026

12 iyul 2026-cı il tarixində Milli Kitabxanada “Tovuzdöyüşləri – Zəfərə      gedən yol” adlı virtual və eyniadlı ənənəvikitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə Böyük Zəfərin başlanğıcı - Aprel döyüşlərindən, Tovuz döyüşlərindən,  44 günlük Vətən müharibəsindəqazandığımız şanlı qələbədən, tarixi zəfərimizin əldəolunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevinuzaqgörən  hərbi və siyasi strategiyasından, Azərbaycanəsgərinin rəşadətindən, torpaqlarımızın azadlığı uğrundacanından keçən şəhidlərimizin döyüş yolundan bəhs edənAzərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlərhttps://anl.az/el/vsb/Tovuz_doyusleri_Zefere_geden_yol/index.htm linkindən istifadə edə bilərlər. 

 

Tovuz döyüşləri Vətən müharibəsində qazanılan böyükqələbənin başlanğıc məqamıdır. 

Bu döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu- general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenantRəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmətqulluqçusu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqihərbi xidmət qulluqçusu, əsgər Elçin Mustafazadə, əsgər Nazimİsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhidolub. Tovuz rayonunun Ağdam kənd sakini 76 yaşlı ƏzizƏzizov qətlə yetirilib.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixliSərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyününbərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarınıyerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayorHəşimov Polad İsrayıl oğluna və polkovnik Mirzəyev İlqarAnzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Lakin bu qələbələrin ayaq səslərinin eşidildiyi, xalqın müzəffər ordusuna etimadının özünə qayıtdığı Aprel, Günnüt və Tovuz döyüşlərini də unutmaq olmaz. Çünki məhz həmin döyüşlərdəki qələbələrimiz xalqımızı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə ruhlandırıb. 

Xalq Müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında bir yumruq kimi birləşib haqq savaşına qalxaraq, 30 illik həsrətə son qoyub, 200 illik erməni xülyasını məhv edib.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan böyük qələbə, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin ən şanlı səhifələridir. Məhz bu zəfərlər Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam təmin edib.

Bu gün Şuşada, Xankəndidə və bütün sərhədlərimiz boyu Azərbaycan bayrağının dalğalanması onu deməyə əsas verir ki, Tovuz döyüşləri tarixi Zəfərə dönüş anı, böyük qələbəmizin başlanğıc məqamıdır.

icon

Foto qalereya