03-07-2026
3 iyul tarixində “Türk Dünyası Milli Kitabxanaları” İctimai Birliyinin üzvləri Milli Kitabxana ilə tanış olublar.
Qonaqlara Milli Kitabxananın fəaliyyəti, həyata keçirilən layihələr, elektron xidmətlər və zəngin kitab fondu haqqında ətraflı məlumat verilib. Daha sonra nümayəndə heyəti kitabxananın müxtəlif şöbələri, oxu zalları, Fonoteka zalı, Nadir kitablar və kitabxana muzeyi şöbəsi ilə tanış olub, burada mühafizə olunan qiymətli nəşrlər və nadir əlyazmalarla yaxından maraqlanıblar.
Həmçinin üzvlər Beynəlxalq əməkdaşlıq zalında öz ölkələrinə məxsus bölmələrlə tanış olublar.
Sonda qonaqlara xatirə hədiyyələri və milli suvinerlər təqdim olunub, qonaqlar isə öz nəşrlərini Milli Kitabxanaya bağışlayıblar.
Görüş səmimi şəraitdə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.