close
icon E-kataloq və kitabxana

Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi qeyd olunub

25-05-2019

May ayının 24-də Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi qeyd olunmuşdur. Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Xalq yazıçısı Anar, dövlət rəsmiləri, ədəbiyyat və incəsənət xadimləri, oxucular iştirak etmişlər.

İlk öncə Sənət ocağının foyesində  Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının fondunda olan nəşrlərdən ibarət "Vaqif Səmədoğlu - 80" adlı kitab sərgisinə baxış olmuşdur. 
Sərgidə şairin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərcümələri, tərtib etdiyi və redaktoru olduğu, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunmuşdur.