close
icon E-kataloq və kitabxana

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir keçirilib

31-05-2019

May ayının 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbir Prezident İlham Əliyevin görkəmli ədibin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilib.

Mərasimdə dövlət rəsmiləri, ədəbiyyat, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları ilk öncə filarmoniyanın foyesində İsmayıl Şıxlının həyat və fəaliyyətindən bəhs edən Azərbaycan Milli Kitabxanasının fondunda olan nəşrlərdən ibarət “İsmayıl Şıxlı - 100” adlı kitab sərgisi ilə tanış olmuşlar.

Sərgidə yazıçının əsərləri, tərcümələri, haqqında yazılan kitablar nümayiş olunmuşdur.