14-10-2025
14 oktyabr 2025-ci il tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun anadan olmasının 90 illik yubileyi münasibətilə “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə 60-cı illərin ədəbi mühitinin yetişdirməsi Xalq yazıçısı Yusif Səmədoğlunun romanları, hekayələri, ədəbi irsi barədə maraqlı fikirlər, xatirələr, ön söz yazdığı və redaktor olduğu kitablar, həyatı və bədii yaradıcılığı, Səməd Vurğun və Səmədoğlular və s. haqqında monoqrafiyalar, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.