close
icon E-kataloq və kitabxana

Estoniya Milli Kitabxanasının baş direktoru Martin Öövel və İordaniya Milli Kitabxanasının baş direktoru Firass Atallah Mohammad Darabah Milli Kitabxananın qonağı olublar

23-10-2026

23 oktyabr tarixində Estoniya Milli Kitabxanasının baş direktoru Martin Öövel və İordaniya Milli Kitabxanasının baş direktoru Firass Atallah Mohammad Darabah Milli Kitabxananın qonağı olublar.
Qonaqlar kitabxananın müxtəlif şöbələri, oxu zalları, Fonoteka zalı, uşaq bölməsi və uşaq istirahət otağı ilə yaxından tanış olublar və onlara Milli Kitabxananın fəaliyyəti, həyata keçirilən layihələr, elektron xidmətlər və zəngin kitab fondu haqqında ətraflı məlumat verilib. 
Daha sonra qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qarşılayıb. 
Estoniya Milli Kitabxanasının baş direktoru Martin Öövel və İordaniya Milli Kitabxanasının baş direktoru Firass Atallah Mohammad Darabah və Kərim Tahirov  görüş zamanı beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Professor 2010-cu ildə İordiya Milli Kitabxanası ilə imzalanmış Memorandumdan bəhs edib. Martin Öövel isə Azərbaycan Milli Kitabxanası ilə imzalanacaq Memorandumun yeni əməkdaşlıq imkanları yaradacağını bildirib. Firass Atallah Mohammad Darabah mövcud əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Sonda professor Kərim Tahirov qonaqlara Milli Kitabxananın nəşri olan “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu təqdim edib. 
Görüş səmimi şəraitdə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

icon

Foto qalereya