05-10-2025
5 oktyabr tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasının ekspozisiyasında Şuşaya həsr olunan “Şuşa əl işləri”, “Şuşa məişət əşyaları”, “Şuşa zərgərlik məmulatları”, “Şuşa milli geyimləri”, “Şuşa yemək və süfrə mədəniyyəti” adlı virtual sərgilər ziyarətçilərə təqdim olunub.
Təqdim olunan “Şuşa milli geyimləri” (http://anl.az/el/vsb/Susa_milli_geyimleri/index.htm) adlı virtual sərgidə Şuşa şəhəri əhalisinin XIX əsr geyim mədəniyyəti, onun təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
“Şuşa məişət əşyaları” (http://anl.az/el/vsb/Susa_meiset_esyalari/index.htm) adlı virtual sərgidə Şuşa şəhəri əhalisinin istifadə etdiyi məişət əşyaları, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
“Şuşa zərgərlik məmulatları” (http://anl.az/el/vsb/Susa_zergerlik_memulatlari/index.htm) adlı virtual sərgidə Şuşa şəhərinin sənətkarlarının hazırladığı zərgərlik nümunələri haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
“Şuşa əl işləri” (http://anl.az/el/vsb/Susa_el_isleri/index.htm) adlı virtual sərgidə Şuşa şəhərində XIX əsr tikmə nümunələri, onların təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
“Şuşa yemək və süfrə mədəniyyəti” (https://anl.az/el/vsb/Susa_yemek_ve_sufre_medeniyyeti/index.htm) adlı virtual sərgidə Şuşa şəhərinin qədim kulinariya ənənələri və süfrə adətləri haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.