close
icon E-kataloq və kitabxana

XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi

21-11-2014

Noyabrın 21-də Heydər Əliyev adına Sarayda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Xalq yazıçısı, Respublika Dövlət mükafatı laureatı , XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Yubiley gecəsində Milli Kitabxana tərəfindən “İlyas Əfəndiyev-100” adlı kitab sərgisi təşkil olunmuşdur. Sərgidə görkəmli dramaturqun Azərbaycan və xarici dillərdə olan əsərləri, haqqında yazılmış kitablar , mətbuat səhifələrində dərc olunmuş məqalələr öz əksini tapmışdır.