13-10-2026
13.10. 2026-cı il tarixində Xaqani 57 (M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası) Ərazi partiya təşkilatında, Yeni Azərbaycan Partiyasının VIII Qurultayından sonra ideoloji işin gücləndirilməsi, qurultayda müəyyənləşdirilmiş vəzifələrin partiya üzvlərinə çatdırılması və Partiya fəaliyyətinin daha da genişləndirilməsi məsələlərinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirakçıları salamlayaraq Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında iştirakının əsas istiqamətlərindən danışaraq, Azərbaycan Respublikası Prezidentinin qurultaydakı çıxışınıpartiya üzvləri üçün bitkin bir proqram sənədi olduğunu qeyd etmişdir. O, həmçinin Azərbaycanın müasir inkişaf mərhələsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərinə toxunaraq Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərindən, ölkənin iqtisadi potensialının gücləndirilməsindən bəhs edib.
Tədbirdə çıxış edən Milli Kitabxananın ərazi partiya təşkilatının sədri Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunları və qəbul edilmiş qərarlardan irəli gələn vəzifələr barədə məlumat verib. O, qurultayda müəyyənləşdirilmiş strateji hədəflərin partiya üzvlərinə çatdırılmasının, təşkilatın fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının və ideoloji-maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Ədibə İsmayılova partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması, təşkilatdaxili əlaqələrin möhkəmləndirilməsi və qarşıya qoyulan vəzifələrin icrasında hər bir üzvün məsuliyyətinin yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetirib.
Tədbirdə həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultaydakı çıxışında səsləndirdiyi əsas fikirlər və müəyyənləşdirilən prioritet istiqamətlər barədə fikirlər diqqətə çatdırılıb.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.