close
icon E-kataloq və kitabxana

Elmi şura

Azərbaycan Milli Kitabxanasının Elmi Şurası

Azərbaycan Milli Kitabxanasının Elmi Şurası kitabxananın fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmək, elmi-tədqiqat və nəşriyyat fəaliyyətinin perspektivlərini müəyyən etmək, kitabxananın işinin və strukturunun dövrün tələblərinə uyğun qurulmasına kömək məqsədilə yaradılmışdır.

Azərbaycan Milli Kitabxanasının Elmi Şurası haqqında Əsasnamə”si və “Elmi Şuranın tərkibi” Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin 09 aprel 2014-cü il tarixli 183 saylı əmrilə təsdiq edilmişdir.

Milli Kitabxananın Elmi Şurasının sədri Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirovdur.