close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı virtual sərgi təqdim olundu

31-12-2020

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.

Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycançılıq, diasporlarla iş, diasporlara dövlət qayğısı, Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə inteqrasiyası, multikulturalizm, tolerantlıq haqqında kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu/index.htm linkindən istifadə edə bilərlər.