close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

31-03-2022

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür! 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb.

Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır!

Bu tarixi gün münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqəli kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar əks olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/31_Mart_Azerbaycanlilarin_Soyqirimi_Gunu/index.htm linkindən istifadə edə bilərlər.