close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

05-05-2026

5 may 2026-cı il tarixində Milli Kitabxanada həssas əhali qruplarından olan şəxslərin hüquq və azadlıqlarının qorumasının təbliği məqsədilə “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə həssas əhali qruplarından olan şəxslərə dövlət qayğısı, əlillərin hüquqları haqqında dövlət siyasəti, cəmiyyətə inteqrasiyası, onların hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlər, əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normaları, əlillərin sosial müdafiəsinin hüquqi tənzimi, əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında və s. Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuat məqalələri, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər

https://anl.az/el/vsb/5_may_Elillerin_Huquqlarinin_Beynelxalq_Mudafiesi_Gunu/index.html linkindən istifadə edə bilərlər.

1992-ci ildən 5 may tarixi dünyada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi əlilliyi olan insanların hüquqlarının qorunmasına diqqət çəkmək, onların cəmiyyətin bərabərhüquqlu üzvləri kimi iştirakını təmin etmək və qarşılaşdıqları problemləri gündəmə gətirməkdir.

Azərbaycanda təxminən 600 mindən çox (təxminən 6–6,5%) insan müxtəlif növ əlilliklə yaşayır. Onların hüquqlarının qorunması üçün hüquqi baza və dövlət proqramları mövcuddur və ölkə BMT-nin Əlillərin Hüquqları Konvensiyasına qoşulub. Bu qanunlara əsasən, əlilliyi olan şəxslər təhsil, məşğulluq, səhiyyə və sosial təminat sahələrində bərabər hüquqlara malikdirlər.

Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qorunması və sosial rifahının yaxşılaşdırılması sahəsində Heydər Əliyev Fondu mühüm rol oynayır. Fondun fəaliyyəti daha çox sosial layihələr, humanitar təşəbbüslər və inklüzivliyin təşviqi istiqamətində cəmlənib. Fondun prezidenti Mehriban xanım Əliyeva bu sahəyə xüsusi diqqət ayırır və müxtəlif layihələrin həyata keçirilməsinə rəhbərlik edir.

Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qorunması və sosial müdafiəsi sahəsində Heydər Əliyev Fondu ilə yanaşı bir sıra digər dövlət və qeyri-dövlət qurumları da fəaliyyət göstərir.

icon

Foto qalereya