close
icon E-kataloq və kitabxana

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Milli Kitabxanada olub

20-08-2025

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Milli Kitabxanada olub.

O, anadan olmasının 50 illik yubileyi münasibətilə Milli Kitabxanda açılan “Yazıçı-şair İlqar Fəhmi” adlı kitab sərgisi ilə yaxından tanış olub.

 İlqar Fəhmi oxucusu olduğu Milli Kitabxana haqqında xatirələrini bölüşüb, sərginin təşkilinə görə Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov müasir Azərbaycan  ədəbiyyatının və mədəniyyətinin  inkişafında mühüm xidmətləri olan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmini yubileyi münasibəti ilə təbrik edib və yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 50 illik yubiley münasibətilə təbriki  yubilyara təqdim olunub.

Sonra xatirə şəkli çəkdirilib.

icon

Foto qalereya