20-05-2026
Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov müəllifi olduğu “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” adlı kitabını Milli Kitabxanaya hədiyyə etmişdir.
Kitabda XX əsrin 20-ci illərindən etibarən ölkədə elm və təhsil elitasını formalaşdıran ADPU-nun (keçmiş Ali Pedaqoji İnstitutun) Birinci Ümumittifaq Türkoloji Qurultayın keçirilməsində oynadığı mühüm rol araşdırılır, bu təhsil müəssisəsinin professor və müəllimlərinin elmi məruzələri, çıxışlarının mahiyyəti və türkoloji elmə verdikləri töhfələr elmi mənbələr əsasında təqdim olunur.
Kitab təhsil tarixçiləri, tələbələr, müəllimlər və bu sahədə tədqiqat aparanlar üçün nəzərdə tutulmuşdur.