close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Khojaly genocide – 30” adlı ingilis dilində virtual sərgi onlayn rejimdə istiadəçilərə təqdim olunub

22-02-2022

1992-ci ilin fevral ayında Xocalının azərbaycanlı əhalisinə qarşı misli görülməmiş soyqırım törədilmişdir. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilmişdir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini ələ keçirmişdir.

Faciənin baş verdiyi gecədən əvvəl Xocalı sakinləri şəhərdə qalmış və şəhərə hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın yerə çatmaq üçün şəhərdən çıxmağa cəhd etmişlər. Lakin onların bu planı baş tutmadı. Xocalını məhv edən işğalçılar mülki əhaliyə qarşı xüsusi amansızlıq törətmişlər.

Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri idi.

Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Khojaly genocide – 30” adlı ingilis dilində virtual sərgi hazırlanıb. İngilis dilində virtual sərginin hazırlanmasında əsas məqsəd xarici oxucuları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdan ibarətdir. Virtual sərgidə Xocalı faciəsini özündə əks etdirən ingilis dilində kitablar və altyazılı fotoşəkillər nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Khojaly_genocide_30/index.htm linkindən istifadə edə bilərlər.