close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması üzrə xidmətlərin göstərilməsi” mövzusunda videokonfransda iştirak edib

18-09-2020

Videokonfransı giriş sözü ilə Rusiya Dövlət Kitabxanasının Mühafizə və xidmət işləri üzrə baş direktor müavini Serova Olqa Vasilyevna açıb. Konfransda “Kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması” sistemində kitabxana fəaliyyətinin vəziyyəti və problemləri, Pandemiya ilə əlaqəli məhdudiyyətlər və istifadəçilərə stasionar kitabxana və məlumat xidmətlərinin müvəqqəti dayandırılmasına səbəb olan digər amillər şəraitində kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması üzrə xidmətlərin göstərilməsi kimi məsələlər əsas diqqət mərkəzində olub.
Videokonfransda Rusiya Dövlət, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Milli Kitabxanaları və Rusiya Federasiyasının digər aparıcı kitabxanaları iştirak etmişlər.
Konfransda Rusiya Dövlət, Azərbaycan Milli, Krasnoyarsk Bölgəsi Dövlət Universal Elmi, M.Qorki adına Volqoqrad Regional Universal Elmi, Rusiya Elmlər Akademiyası Sibir şöbəsinin, Dövlət İctimai Elmi və Texniki, Seçenov Universitetinin Mərkəzi Elmi Tibbi, Dövlət İctimai Tarixi, Dövlət İctimai Elmi və Texniki Kitabxanalarının nümayəndələri məruzə ilə çıxış ediblər.
Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov “Azərbaycan Milli Kitabxanasında Kitabxanalararası abonement və sənədlərin elektron çatdırılması xidmətləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Kitabxananın direktoru Milli Kitabxananın respublika daxilində və respublikadan kənarda KAA və sənədlərin elektron çatdırılması xidmətinin pandemiya dövründə Milli Kitabxananın öz oxucularına onlayn rejimdə xidmətin təşkilində vacib rolundan danışmış, Azərbaycan Milli Kitabxanası ilə Rusiya Dövlət Kitabxanasının, Gürcüstan, Belarus, Qazaxıstan Milli Kitabxanalarının bu xidmət vasitəsilə öz oxucularının sorğularının ödənilməsində əlaqəli fəaliyyətinə diqqəti çəkmişdir. Sonda K.Tahirov bu işdə Azərbaycan Respublikası Prezidentinin ölkə ərazisində dərc olunan çap məhsullarının elektron versiyasının Milli Kitabxanaya təqdim olunmasına dair 19 fevral 2019-cu il tarixli sərəncamını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Bütün kitabxana rəhbərləri Azərbaycanın bu sahədəki təcrübəsini çox yüksək qiymətləndirmiş və həmin sərəncamın mətnini onlara göndərilməsini xahiş etmişlər.