close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “İlk azərbaycanlı pediatr, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayev” adlı virtual sərgini istifadəçilərə təqdim etdi

19-04-2020

İlk azərbaycanlı pediatr, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin 135 illiyi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış virtual sərgi http://anl.az/el/vsb/Ebulfez_Qarayev/index.html  istifadəçilərə onlayn rejimdə təqdim olundu.
Azərbaycan xalqının görkəmli, unudulmaz insanları sırasında ilk azərbaycanlı pediatr, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin də özünməxsus yeri var. Xalqı, milləti qarşısında böyük xidmətləri olan prof. Əbülfəz Qarayev bu gün həm həkim, həm də şəxsiyyət kimi hörmət və ehtiramla yad edilir.
Adı Azərbaycan xalqına yaxşı tanış olan doktor Əbülfəz Qarayev illər, onilliklər keçsə də unudulmur. O, özünün alimliyi, həkimlik sənəti, parlaq şəxsiyyəti ilə xalqa xidmətin əsl nümunəsini göstərmişdir.